03.07.2025, 17:20
AZ EN
03.07.2025, 10:12 211

II Qaregin seçki ilə yola salınacaq

XƏBƏRLƏR
  • Ermənistanda hakim partiya ilə bütün ermənilərin katolikosu Ktriç Nersisyan (II Qaregin) arasında  davam edən gərginlik yeni seçkilərin keçirilməsi yolu ilə həll edilə bilər.

"Vətən səsi" xəbər verir ki, "Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Yerli mətbuatın yaydığı məlumata görə, Paşinyan üstüörtülü şəkildə bildirib ki, Moskvanın sifarişlərini yerinə yetirən II Qareginin kilsədən uzaqlaşdırılması üçün seçkilərin keçirilməsi qaçılmaz olacaq.

"Ermənistanda yeni katolikosun seçilməsi üçün növbədənkənar seçkilər keçirilməlidir. Növbədənkənar seçkilərin keçirilməsi mütləqdir və bu, baş verəcək. Amma bütün ermənilərin katolikosu üçün xüsusi seçki keçiriləcək”, - deyə, Nikol Paşinyan qarşıdurmanın son məqsədə çatdırılması üçün lazım olan bütün qanuni addımların atılacağına işarə edib.

Bundan əvvəl Ermənistanın Baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. O, katolikosu həm də Ermənistan dövlətinin maraqlarına qarşı fəaliyyətlərdə günahlandırıb. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.

Paşinyanın partiyadaşı, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan da bəzi din xadimlərinin Ermənistanda dövlət çevrilişinə hazırlaşdıqlarını deyib. O, bildirib ki, bu cür qanunsuz cəhdlərə qarşı sərt tədbirlər görüləcək. 

Aleksanyan dövlət çevrilişinə çağırışa görə həbs edilən arxiyepiskop Mikayel Ajapaxyanın bəzi müxalifət partiyaları tərəfindən Ermənistanın Baş naziri postuna namizəd kimi irəli sürülməsinə belə münasibət bildirib: “Hərbi çevrilişə çağıran şəxsi irəli sürüblər və onu baş nazirliyə namizəd hesab edirlər. Söhbət insanları öldürməyi planlaşdıran terror qruplaşmasına dəstək verdiyini bildirən şəxsdən gedir. Öldürülməsi nəzərdə tutulan insanlara, sonra isə ailələrinə dəymiş ziyan ödənilməlidir. Bu biabırçı əxlaqsızlığın daşıyıcılarına Ermənistan Respublikasında dövlət vəzifəsi, hətta baş nazir postu təklif olunur”.

Xatırladaq ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, II Qareginin Xatun Qriqoryants adlı qızı var.

Elxan SALAHOV

Oxşar xəbərlər