18.06.2025, 22:34
AZ EN
18.06.2025, 17:51 23

Ermənistanda kilsə-hakimiyyət davası böyüyür

XƏBƏRLƏR
  • Erməni Apastol Kilsəsi ilə Paşinyan hökuməti arasında iki həftədir davam edən söz savaşının əhatə dairəsi böyüyür. Rusiyalı biznespen Samvel Karapetyanın katalikosu dəstəkləyən bəyanatından sonra qarşı tərəf də adekvat reaksiya verib. İş o həddə çatıb ki, Rusiyada yaşayan biznesmenə Baş nazir Nikol Paşinyan şəxsən özü cavab verməli olub.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Erməni nəşrlərinin yaydığı xəbərə görə, Paşinyan kilsə rəhbərliyinin intiriqa və siyasi çəkişmələrinə dözmək niyyətində deyil: "Samvel Karapetyanın bəyanatı kilsə haqqında yox, Ermənistan Respublikası barədə idi. Elə təəssürat yaradıblar ki, guya, kimlərsə haradansa Ermənistana gələ və burada məsələləri öz metodları ilə həll edə bilərlər. Amma belə olmamalıdır və olmayacaq. Biz buna yol verə bilmərik".

Nikol Paşinyan bildirib ki, Ermənistanın hökumətinin bu cür bəyanatlara konkret cavab rıçaqları var və o, heç kimin belə şeylər deməsinə dözməyəcək: “Ermənistan demokratik ölkədir, burada hər kəsin fikir bildirmək və toplantılar keçirmək hüququ var, amma heç kim bizim ölkəmizi təhdid edə bilməz. Belə təhdidlər olarsa, istənilən halda ən sərt addımlar atılacaq. Samvel Karapetyan deyib ki, siyasətçilər uğur qazana bilməsələr, biz öz yolumuzla müdaxilə edəcəyik. Bu bəyanat artıq adekvat qiymət alıb və alacaq”.

Xatırladaq ki, Ermənistan Kriminal Polisi dünən “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarış aparılıb. Paşinyanın rəqibləri bunu rusiyal iş adamının Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxması ilə əlaqələndirsələr də, rəsmi qurumlar məsələyə açıq münasibət bildirməyib. Baş nazir Nikol Paşinyan isə Samvel Karapetyanın evində axtarış aparılandan sonra onun bəyanatına sosial şəbəkə hesabında münasibət bildirib: “Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.

Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.

Elxan SALAHOV

Oxşar xəbərlər