Ermənistan parlamentindəki müxalif deputatlar son iclasda siyasi dairələrdə qeyri-ciddi qəbul edilən təkliflərlə çıxış ediblər. Belə ki, Minasyan soyadlı, Qarabağ kökənli deputat israrla bildirib ki,"arsax parlamentinin" nümayəndələrinin Ermənistanın parlament üzvləri olmaları barədə qərar qəbul edilsin və onlar daha çox Qarabağdan gələn hayların hüquqlarının müdafiəsi ilə məşğul olsunlar, xaricə ezam olunaraq etnik təmizliyə məruz qaldıqlarını təşviq etsinlər. Bu təklif hakim partiyanın parlamentariləri tərəfindən ironiya ilə qarşılanıb. "Paşinyanın komandasının üzvü Aleksanyan sözügedən təklifi analoqu olmayan savadsızlıq adlandırıb və əlavə edib ki, məhz belə çıxışların yaratdığı şayiələr nəticəsində ermənilər Ermənistana axışıb gəldilər və onların geriyə qayıdışı mümkünsüzləşib. Bu işdə fəal olanlar indi də Ermənistanı boşaltmaq istəyirlər"- deyə o, Minasyanı çox danışan, amma heç bir sözü reallığı əks etdirməyən populist adlandırıb.
N.Qaramanlı