Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Onun sözlərinə görə, bəyannamənin mətni müstəqil dövlətin mövcudluğu yox, bunun əksidir. Baş nazir buna əsaslanaraq, o hesab edir ki, yeni Konstitusiyada sənədə istinad olmamalıdır.
Ermənistanın hazırkı konstitusiyasının preambulasında bildirilir ki, onun əsasında 23 avqust 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi durur. Orada həmçinin qeyd edilir ki, "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda erməni soyqırımının beynəlxalq tanınmasını dəstəkləyir".
"Mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir. "Lehinə" və ya "əleyhinə" arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu mənim siyasi mövqeyimdir", - N.Paşinyan jurnalistlərə bildirib. (Report)