16.04.2025, 02:05
AZ EN
14.04.2025, 14:56 217

Erməni iş adamı: "Bizi çətin günlər gözləyir"

XƏBƏRLƏR
  • "Avropa İttifaqına inteqrasiya yolunu tutan Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması ciddi təlatümlərə səbəb olacaq. Çünki Ermənistanın iqtisadiyyatı bütünlüklə Rusiyadan asılı vəziyyətdədir".

"Vətən səsi" xəbər verir ki, bunu erməni iş adamı Samvel Karapetyan deyib. O, qeyd edib ki, indiki şəraitdə strateji müttəfiqi olan Rusiya ilə münasibətləri Avropaya inteqrasiyaya qurban vermək Ermənistanın gələcəyi üçün çox təhlükəlidir: "Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Rusiya ilə əlaqələri ölkənin mövcudluğunda əsas rolu oynayır. Ölkənin iqtisadi mənzərəsini özündə əks etdirən statistik rəqəmlər də təsdiqləyir ki, Rusiya və bütövlükdə Avrasiya İqtisadi Birliyi Ermənistanın xarici ticarət dövriyyəsində əsas payı təmin edir. Ona görə də Birlikdən çıxmaq və Avropa İttifaqına inteqrasiya ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər".

Erməni iş adamı onu da əlavə edib ki, Rusiya Ermənistanın enerji təhlükəsizliyinin qarantıdır. Samvel Karapetyan deyib ki, hazırda Rusiya Ermənistan iqtisadiyyatı üçün əsas enerji ehtiyatlarının tədarükçüsüdür: "Bizim ölkənin neft-qaz məhsullarını Ermənistana əlverişli şərtlərlə verir. Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxsa, qiymətlərin və tədarükü tənzimləyən vahid mexanizmlər fəaliyyətini dayandıracaq. Bu isə o deməkdir ki, qaz-neft məhsullarının, başqa sözlə, elektrik enerjisinin qiymətinin artması Ermənistan iqtisadiyyatına ciddi zərbə vura bilər. İqtisadiyyatın ayrı-ayrı sahələrinin iflic vəziyyətinə düşməsinə və ölkənin iqtisadi sistemində sabitliyin pozulmasına gətirib çıxaracaq. Enerji təhlükəsizliyi təkcə iqtisadi məsələ deyil, həm də ölkənin gələcəyinin asılı olduğu strateji amildir”.

Karapetyan Ermənistanın Rusiya investisiyaları və bu ölkədən gələn pullardan da asılı olduğunu xatırladıb.

Elxan SALAHOV

Oxşar xəbərlər