21.11.2024, 22:28
AZ EN
03.10.2023, 11:17 255

Ermənilərin yük maşınları Rusiyaya buraxılmır

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, iki həftəyə yaxındır erməni yük maşınları Gürcüstanın Lars sərhəd-keçid məntəqəsindən Rusiya ərazisinə buraxılmır. Şikayət olunan da bildirilib ki, həmin maşınlardakı konyaklar keyfiyyətsiz olduğuna görə Rusiyaya ixrac edilə bilməz. Agentlik onu da bildirib ki, maşınlarda biznesmen Artur Çaturyana məxsus "Noy" (Nuh) markalı konyaklar da var və onların da keyfiyyətsiz olduğu deyilib. Rusiya gömrük xidməti əməkdaşlarının sözügedən maşınların ölkəyə buraxılmamasını özlərinin mentalitetlərinə uyğun dəyərləndirən ermənilər isə belə düşünürlər ki,bu tapşırıq birbaşa Kremldə gəlib. Məqsəd isə Qərbə meylli olan Paşinyan iqtidarını dəstəkləyən A.Çaturyanı  cəzalandırmaqdır.

N.Qaramanlı

Oxşar xəbərlər