Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə "Hökumət saatı"nda bildirib.
Onun sözlərinə görə, ABŞ dövlət katibi İrəvan və Bakı arasında sülh sazişi üzrə razılaşmanın əldə edilməsinin və sənədlə bağlı danışıqların başa çatdırılmasının vacibliyini vurğulayıb.
N.Paşinyan qeyd edib ki, tərəflər sülh sazişinin tez bir zamanda imzalanması və ratifikasiya edilməsinin vacibliyi barədə razılığa gəliblər.
O, Rubio ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsini də müzakirə etdiyini vurğulayıb: "Biz Ermənistan və ABŞ arasında yüksək səviyyəli əlaqələri davam etdirməklə bağlı razılığa gəldik". (Report)