05.02.2025, 13:41
AZ EN
27.07.2023, 12:55 206

Sülhə gəlin ey insanlar... BABAYAN SEPARATÇILARA YALVARIR

XƏBƏRLƏR
  • Ermənilərin Qarabağda təxribaçı hərəkətlərinin intensiv xarakter aldığı bir vaxtda separatçıların cəmləşdiyi “Vahid vətən partiyasının” rəhbəri Samvel Babayan rəsmi Bakı ilə sülh danışıqlarına başlamağın tərəfdarı olduğunu növbəti dəfə elan edib.

“Vətən səsi” Rus sülhməramlılarının himayəsi altında Qarabağın bir hissəsində “fəaliyyət” göstərən siyasi təşkilatın sədri erməni Ermənistanın “H1” kanalına açıqlamasında sülh danışıqları prosesini əngəlləməyə çalışan separatçı-terrorçu rejimi Azərbaycan hökuməti ilə təcili şəkildə humanitar, sonra isə nəqliyyat və kommunikasiya sahədə əməkdaşlıq etməyə çağırıb: “Azərbaycanla dialoq olmalıdır. Yaranmış vəziyyətdə havada uçmaq lazım deyil, yerə enib başa düşmək lazımdır ki, hökumət məsuliyyət daşıyır, mən də, siz də...”

Qarabağdakı separatçı rejimin “təhlükəsizlik şurası”nın katibi, general Samvel Babayan bildirib ki, indiki şəraitdə kommunikasiyaların açılması məqsədilə rəsmi Bakı ilə dialoq və əməkdaşlıq Xankəndini dərin böhrandan çıxara və Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında yaşayan erməni əsilli əhalini daha böyük təhlükələrdən xilas edə bilər: “Əks halda çox yaxın günlərdə vəziyyət dözülməz həddə çatacaq və bölgədə gözlənilən sosial partlayışın qarşısını almaq mümkün olmayacaq. Ona görə də onsuz da gərgin olan vəziyyəti nəzarətdə saxlamaq və nizamlamaq üçün həm Ağdamla, həm Gorusla ikitərəfli ticarətə başlamaq lazımdır. Məncə indiki halda vəziyyəti gərginləşdirmək bizim xeyrimizə deyil, təcili danışıqlara başlamaq bilmək lazımdır. Bunun üçün ilkin sənədlər də hazırlanıb. Konseptual yanaşma olmalıdır və bizim təklif etdiyimiz həll variantı ilə gərginliyi azaltmaq və dialoq mühti yaratmaq olar. Bu sənəd, bütövlükdə 15-20 addımdan ibarət olmaqla, həm Ağdam, həm də Gorus tərəfindən ikitərəfli əlaqələrə imkan yaratmaq, ticarət aparmaq və digər problemləri bir paketdə həll etmək imkanı yaradır”.

Xatırladaq ki, general Samvel Babayan 1990-cı illərdə Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “müdafiə  naziri” də olub. O, 1991-ci ildə 6 aya ayaxın müddətdə Bakıda həbsdə olub və sonra Moskvanın göstərişi ilə buraxılıb...

Rəsmi Bakı Xankəndi və ətraf rayonlarda yaşayan erməni icması ilə yalnız Azərbaycana inteqrasiya müstəvisində müzakirə aparıla biləcəyini elan edib. Azərbaycanın bu tələbi yerinə yetirilməyincə, separatçılarla hər hansı danışıqların aparılmayacağı həm Ermənistan, həm də sülh danışıqlarına vasitəsilik edən Rusiya, ABŞ və Avropa İttifaqının liderlərinin diqqətinə çatdırılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər