- Yanvardan bahalaşan gediş haqlarından narazı qalan sərnişinlərin təhqirlərinə dözüb büdcəyə daha çox vəsait gəlməsinə baxmayaraq fevral ayının maaşını alarkən əvvəlki vəsaitin miqdarda olmadığından təəccüblənən bir qrup sürücü "İrəvan avtobus" məhdud məsuliyyətli cəmiyyətdən çıxmağı qərara alıb.
Bu xəbəri yayan "Hraparak " əlavə edib ki, daha sonra onlarla sürücü də bu aksiyaya qoşulub və hələlik 50 sürücü ərizə yazaraq işdən çıxıb. Həmin sürücülər deyiblər ki, maaşlar qaldırılmasa digər həmkarları da analoji addım atmağa söz veriblər.
Nəsib