12.03.2025, 09:33
AZ EN
11.03.2025, 16:56 121

Hay hakimiyyəti özəlləşmədən narazıdır

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Hasmik Babacanyan bu günkü məqaləsini də Nikol Paşinyana və onun komandasına həsr edib.

O, "Siz gərək birbəbir uzaqlaşasınız" başlıqlı yazıda qeyd edib ki, nikolçular düşməndən torpaqları hissə-hissə də olsa almaq əvəzinə vətəndaşlardan hər dəfə nəsə qoparmağa çalışır. Əlavə olunub ki, Göyçə mahalındakı Kəvər şəhərində üç ünvanda olan daşınmaz əmlak müxtəlif bəhanələrlə əllərindən alınaraq dövlət mülkiyyətinə verilib. Yazıçılar ittifaqı tərəfindən yazıçılara verilmiş mənzillərin də dövlət mülkiyyətinə qaytarılacağı barədə qərarı da qeyri-humanist qərar adlandıran Hasmikin fikrincə, hakimiyyət özəlləşməni dövlət mülkiyyəti ilə əvəzlədikdən sonra ölkəni bütövlükdə düşmənə, yəni Azərbaycana təhvil verməyə çalışır.

Kaş, dediyi kimi də ola!

Nəsib

Oxşar xəbərlər