12.03.2025, 07:53
AZ EN
11.03.2025, 12:59 197

Yeni bahalaşma olacaq

XƏBƏRLƏR
  • İrəvan şəhər bələdiyyəsinin "Milli tərəqqi" partiyasından olan üzvü İzabella Abqaryan "Hraparak"ın müxbiri Hayk Gevorkyanla müsahibəsində mövcud vəziyyəti şərh edərkən vurğulayıb ki, yaxın vaxtlarda nəqliyyatda ödənişin yenidən əvvəlki 100 drama endiriləcəyi barədə deyilənlərin heç bir əsası yoxdur. Bu ifadələr yalnız sərnişinləri sakitləşdirmək məqsədi ilə qəsdən yayılır.

Avtobuslarda ödəniş etməyən, yaxud əvvəlki 100 dram məbləğində ödəniş edənlər barədə hələki hüquqi tədbir görülmədiyini xatırladan İzabella bu problemin məhz yay aylarında aradan qalxacağına əminlik ifadə edib. Onun sözlərinə görə, yaxın zamanlarda ərzaq və kommunal xidmətlər sahəsində də bahalaşma qaçılmazdır. Maaş və pensiyaların artırılıb artırılmayacağı barədə sual isə cavabsız qalıb.

Nəsib

Oxşar xəbərlər