Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə ünvanladığı məktubda bildirilib.
"Rusiya-Ermənistan müttəfiqliyini sarsıtmaq cəhdlərinə baxmayaraq, siyasi dialoq və xarici siyasət koordinasiyasının yüksək səviyyəsini qoruyub saxlamağa, həm ikitərəfli xətt üzrə, həm də ümumi inteqrasiya məkanı formatında ticari-iqtisadi əməkdaşlığı artırmağa nail oluruq", - S.Lavrov bildirib.
Ermənistan XİN başçısı Ararat Mirzoyanın cavab məktubunda isə qeyd olunub ki, beynəlxalq münasibətlərin dəyişən arxitekturasının müasir şəraitində tərəfdaşlığın qarşılıqlı fəaliyyətini davam etdirmək vacibdir. (Report)