19.04.2025, 04:49
AZ EN
15.01.2024, 08:12 289

Erməni general həbs edilib

XƏBƏRLƏR
  • Hüquq müdafiəçisi Varazdat Harutyunyan öz FB səhifəsində yazıb ki, hakim Qaqik Poğosyan general-leytenant Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib. Buna qədərsə general-leytenantın barəsində cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü bəndi ilə istintaq araşdırma aparılıb.

Mənbə əlavə edib ki, Tiran Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin sabiq müavinidir və vaxtilə baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərdən olub. Onun həbsi restoranda dava-dalaş salması ilə bağlansa da əslində bu siyasi sifarişdir deyən vəkil onu da diqqətə çatdırıb ki, iqtidar öz nüfuzlu əleyhdarlarını küncə sıxışdırmaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Sabiq rəis müavini saxlanılarkən onun üstündə CZ-75 markalı tapança və həmin   silaha məxsus 16 güllə də aşkar edilərək dəlil kimi cinayət işinə daxil edilib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR