20.07.2025, 20:23
AZ EN
06.03.2025, 13:36 251

Ararat Mirzoyan revanşçıları qanmaz adlandırıb

XƏBƏRLƏR
  • Hay xarici işlər naziri Ararat Mirzoyan revanşçıların Bakıda məhkəməsi gedən separatçı rəhbərlərinin sərbəst buraxılması üçün hakimiyyətin heç bir iş görmədiyinə görə istefaya getməsinin, Azərbaycanla danışıqların dayandırılmasının vacibliyi barədə çıxışlarını sağlam məntiqdən uzaq və siyasi savadsızlıq adlandırıb.

Əlavə edib ki, iki ölkə arasında uzun illər silahlı münaqişə, iki dəfə isə müharibə olub. Hazırda isə sülh müqaviləsi barədə danışıqlar davam edir. Həmin danışıqlarda isə başlıca məqsəd qarşılıqlı anlaşmaya nail olmaqdır. Bakıda həbsdə olan hayların barəsində də söhbətlər getdiyini deyən baş hay diplomat mövcud durumdan bəhrələnmək istəyən revanşçıların sabitliyi pozmaq cəhdlərinin milli marağa tam zidd, bir neçə nəfərə görə yeni müharibə aparmağın isə ağılsızlıq olduğunu vurğulayıb.

Nəsib

Oxşar xəbərlər