08.06.2025, 23:48
AZ EN
03.03.2025, 10:32 291

Ermənistanın USAID-dən aldığı məbləğ bəlli oldu

XƏBƏRLƏR
  • Rəsmi İrəvan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xətti ilə 110 milyon dollar həcmində maddi vəsait qəbul edib.

Bunu Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edib.

2024-cü ilin sentyabr ayında ABŞ və Ermənistan arasında 250 milyon dollar həcmində qrant sazişi bağlanıb. Lakin USAID-in fəaliyyətinin dondurulması ilə əlaqədar rəsmi İrəvan sənəddə nəzərdə tutulan məbləğin yalnız yarısını əldə edə bilib.

Sənədin bir neçə məqsədi olub. Onların arasında Ermənistanda vətəndaş cəmiyyəti və KİV-in inkişafı, o cümlədən, humanitar yardım nəzərdə tutulub. Buna qədər ABŞ və Ermənistan arasında 120 milyon dollar həcmində qrant sazişi bağlanmışdı. 

Hazırladı: Günel Quliyeva

Oxşar xəbərlər