21.06.2025, 15:22
AZ EN
03.03.2025, 11:52 251

İrəvan bələdiyyəsində korrupsiya baş alıb gedir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Karen Martirosyan yazıb ki, İrəvan şəhər bələdiyyəsində görülən işlər müzakirə edilərkən etiraf olunmasa da korrupsiya faktları aşkar edilib.

Belə ki, İrəvan metropoliteninin rəisi Babken Setrakyan "Zavod" stansiyasında eskalatorların dəyişdirilməsinə 220 milyon dram xərcləndiyini bildirərək əlavə edib ki, "Sasunlu David" və digər başqa bir stansiyaları eskalator dəyişdirilməsi isə mayın 30-dək davam edəcək və bunun üçün daha 115 milyon dram vəsaitə ehtiyac var. Bələdiyyə sədri T.Avinyan ona replika ilə cavab verib ki, həmin pulla xeyli avtobus almaq olardı.

Metropolitenə vəsait məhz İrəvan bələdiyyəsi tərəfindən verilir. Görünür, onlar vəsaiti bölüşdürmək üçün ortaq məxrəcə gələ bilməyiblər, - deyə müxbir sonda vurğulayıb.

Nəsib

Oxşar xəbərlər