21.04.2025, 21:44
AZ EN
20.02.2025, 14:20 329

Hayların bu gün də vay günüdür

XƏBƏRLƏR
  • Azərbaycanın bir günlük antiterror əməliyyatından sonra Ermənistana könüllü köçən hayların hələ də özlərini hansısa vəzifədə olduğunu çərənləyənləri  və onlara dəstək verənlər 20 fevralı 3 il öncəyədək bayram edirdilərsə indi həmin günü hay vay-şivəninə döndəriblər. Hay əsgərlərinin dəfn olunduğu "Yerablur"dakı bu günkü toplanış da məhz göz yaşı və növbəti revanşçı çağırışlarla müşayiət olunub.

Hazırda Bakıda həbsdə olan separatçı başçılarını düzgün siyasət yeritməməkdə qınayan Qaqık Bağunç adlı separatçı isə özünü "arsaxın spikeri" kimi gülünc sözlə təqdim edib və deyib ki, guya beynəlxalq qanunlara əsaslanaraq geri qayıdacaq və müstəqillik əldə edəcəklər. Hayların psixologiyasına bələd olanlar isə tam əmindirlər ki, hay xəstəliyi yalnız yumruqla bir az sakitləşə bilər.

Əlavə edək ki, xəbəri yayan "Hraparak"ın başqa bir paylaşımında Qarabağdan köçən haylara artıq Hayastan vətəndaşlığı pasportu verilməyə başlanıldığı diqqətə çatdırılıb.

Nəsib

Oxşar xəbərlər