12.07.2025, 01:43
AZ EN
18.02.2025, 15:17 333

Paşinyan "janqlyor"dur

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Hasmik Babacanyan bu günkü ilk məqaləsində baş nazir Nikol Paşinyanın hakimiyyətdə olduğu 7 ildəki bəzi məqamlara toxunub və yazısına "Janqlyorsan, get janqlyorluq et, xalqdan nə istəyirsən?" başlığını qoyub.

Qeyd edib ki, el məsəlində deyilən "ayımı oynadırsan" kəlamı birbaşa Nikol Paşinyana şamil edilə bilər. Çünki o, janqlyordur və təkcə ayını deyil, həm də xalqı oynadır. Seçki öncəsi verdiyi vədlər isə bəzəkli  kağızı cırıldayan bərk konfet kimi heç kəsə fayda verməyib, əksinə kiminsə dişini, kiminsə çənəsini qırıb. Müxbir sonda yazıb: "Primitiv oyuncaqlarını da götürüb get və bu xalqı rahat burax!"

Xatırladaq ki, hay müxbirin işlətdiyi "ayı oynadan" ifadəsi bizim it oynadan el məsəlindən oğurlanaraq  haylaşdırılmışdır. Hayların özləri isə başqalarının primitiv oyuncağı olduqlarını çoxsaylı tarixi faktlarla isbatlayıblar.

N.Qaramanlı

Oxşar xəbərlər