24.04.2025, 18:16
AZ EN
31.03.2023, 12:30 269

Haylar qorxu içindədir

XƏBƏRLƏR

 

  • Azərbaycan ordusunun Zəngəzur bölgəsində əldə etdiyi son uğurlar nəticəsində daha bir neçə strateji əhəmiyyətli yüksəkliklərdə mövqe tutması hayların arasında yeni çaxnaşmalar yaradıb. Tanınmış media rəhbəri Armine Ohanyanın hay iqtidarının ünvanına növbəti ittihamlar irəli sürməsi isə politoloq Suren Barseğyanın sözləri ilə desək, cəmiyyəti həm qorxuya salıb, həm də yeni təkliflər yaranmasına stimul verib.

Politoloq və deputat Arman Abovyan psevdovətənpərvəryini bu məsələdə yenidən qabardaraq "Hraparak"da yayılmış məqaləsində qeyd edir ki, izahına ehtiyac duyulan hər bir məsələdə səmimi olmaq vacibdir. "Düşmən ölkəmizi hissə-hissə tutur, işğal edir.... Onların ayrı xəritələri var, biz isə təcavüzkarı silahla dayandırmırıq ki, "vəziyyət gərginləşməsin". Bu oğrunun və qatilin evinizə basqınına bənzəyir, o, gəlir, siz isə barmağınızın birini o biri barmağınıza vurmursunuz ki, xətrinə dəyər.... Biz sonsuz absurd durumda yaşayırıq, ona görə də gələcəyin necə olacağına təəccüblənməyək", - deyə o daha sonra əlavə edib ki, "mən başa düşə bilmirəm ki, biz millət olaraq niyə sakitcə baxmalıyıq ki, düşmən şəhər və kəndlərimizə addım-addım yaxınlaşıb bütün ölkəni zəbt etsin".

Bu hay narahat olmasın, İrəvanı addım-addım deyil, bircə yürüşlə alarıq.

N.Qaramanlı

Oxşar xəbərlər