20.10.2024, 01:31
AZ EN
15.08.2023, 15:14 192

Erməni spiker yenə sərsəmləyib

XƏBƏRLƏR

Ermənistan parlamentinin spikeri Alen Simonyan Avropa İttifaqının Ermənistanda səlahiyyət müddəti başa çatan səfir Andrea Viktorini qəbul edib. "Hraparak" xəbər verir ki, erməni spiker Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsində xidmətlərinə görə səfirə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir Ermənistandakı fəaliyyətindən məmnunluq ifadə edib və harada işləyəcəyindən asılı olmayaraq hayların dəstəkçisi olacağını bildirib. Görüş zamanı erməni spiker adəti üzrə Azərbaycanın ünvanına həqiqətdən uzaq ifadələr səsləndirib və daha sonra ermənipərəst səfirə Ermənistan parlamentinin "Şərəf" medalını təqdim edib.

Nəsib

Oxşar xəbərlər