01.06.2025, 13:36
AZ EN
13.02.2025, 13:50 360

Daşnak deputat baş nazirdən şikayət yazıb

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, erməni parlamentindəki "Hayastan" fraksiyasının üzvü Geğam Manukyan parlamentin iclasında baş nazir Nikol Paşinyanın deputat Kristina Vartanyanın sualını cavablandırarkən dediklərindən milli təhlükəsizlik xidmətinin rəisi Armen Abazyana şikayət ərizəsi yazıb və onun cinayət məcəlləsinin 299-cu - dövlətə xəyanət maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.

Xatırladılıb ki, baş nazir "Hayastan" fraksiyasının hibrid müharibə etdiyini və dövlətin sütunlarını sarsıtmağa çalışdığını açıq mətnlə səsləndirmişdi. Deputat baş nazirin özünün 6 ildən çoxdur ki, dövlətə xəyanət etdiyi barədə yazdığı şikayət ərizəsini sözügedən xidmətin rəisinə təqdim etməklə araşdırma aparılmasını gözləyir. Xatırladaq ki, Geğam Manukyan hazırda Bakıda məhkəməsi gedən separatçı rejim rəhbərlərindən olan "general" David Manukyanın doğma qardaşıdır. Ataları isə 1988-ci martın əvvəllərində İrəvanda yaradılan separatçı "Qarabağ" komitəsinin idarə heyətinin üzvü, soydaşlarımızın öz etnik torpaqlarından qovulmasında bilavasitə iştirak edən cinayətkardır.

N.Qaramanlı 

Oxşar xəbərlər