Bu barədə Aİ Monitorinq Missiyası məlumat yayıb.
Bildirilib ki, Aİ Monitorinq Missiyası hərbi vəziyyəti və hər hansı dəyişikliyi müşahidə etmək üçün Ermənistanın Qeqarkunik və Sünik vilayətlərinin Azərbaycanla sərhəd ərazilərində patrul fəaliyyətini artırıb.
"Biz regionda mövcudluğumuz vasitəsilə gərginliyin aradan qaldırılmasına və vəziyyətlə bağlı Aİ-ni qərəzsiz hesabatına töhfə verməyi hədəfləyirik", - Monitorinq Missiyası vurğulayıb. (APA)