20.10.2024, 09:51
AZ EN
05.07.2023, 13:36 302

Bloqer Paşinyanı hədəf seçib

XƏBƏRLƏR

Doq ləqəbli erməni bloqer Vartan Quqasyan YouTube kanalında Ermənistanın baş naziri Nikol Paşinyanı daim tənqid və həm də təhqir etdiyinə görə cinayət məcəlləsinin iki maddəsi ilə iki ildir ki, beynəlxalq axtarışa verilib. Bu barədə xəbər verən "Hraparak" əlavə edib ki, Doq hazırda xaricdən gəlib və Ermənistanın ən səfalı yerlərində dincəlir. O, xalqa müraciət edərək deyib ki, artıq İrəvana doğru istiqamət götürüb. "Düşünürəm ki, burada məni həbs edə bilərlər. Amma yox. Gördüyünüz kimi gəzməyi davam etdiririk. Maşınla gəlirik. Nikolsa piyada gəlmişdi. Nikol, sənin izinlə gəlirik", - deyə o, Nikolun istefasına nail olacağını bildirib.

Agentlik isə onun Ermənistanda deyil, hansısa mənzərəli məkanda danışdığı qənaətində olduğunu əlavə edib.

Nəsib

Oxşar xəbərlər