"Hraparak" bu gün xəbər yayıb ki, dünənki iclasda sözügedən layihənin müzakirəsinə 5 saat vaxt ayrılıb amma yekun qərara gəlinməyib. Buna səbəb isə "Şərəfim var" fraksiyasının konstitusiyaya və beynəlxalq təşkilatlara üzvlüklə bağlı Ermənistan qanununa istinad etməsi olub. Agentlik xatırladıb ki, həmin qanuna görə, bu və ya digər beynəlxalq quruma daxil olmaq üçün ümumxalq səsverməsi - referendum keçirilməlidir. Hay parlamentinin hakim fraksiyası indi, necə deyərlər, odla su arasında vurnuxur. Məsələnin nə ilə nəticələnəcəyini proqnozlaşdıra bilməyən müxbir Lusine Şahverdiyan isə sözügedən yazısının başlığını belə qoyub: "Nikol Paşinyan bir atəşlə iki dovşan vurub".
Nəsib