08.06.2025, 21:51
AZ EN
10.02.2025, 11:24 286

Bələdiyyə sədri əhalini aldadır

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Karen Martirosyan bu günkü ilk yazısında göstərib ki, İrəvan bələdiyyəsinin sədri Tiqran Avinyan nəqliyyatdakı qiymət artımı ilə bağlı yaranan narazılığa öz münasibətini bildirərkən reallığa uyğun olmayan ifadələr səsləndirib.

Bələdiyyə sədri deyib ki, "İrəvan avtobus" qapalı səhmdar cəmiyyətində aparılmış hesablamaya görə guya hər sərnişinin daşınması 200 drama başa gəlir. Bu rəqəmi sürücülərə verilən maaş da əlavə olunduqda bu, daha çox məbləğ təşkil edir deyən sədr gediş haqqının 100 dramdan 150 drama qaldırılmasını vətəndaşlara qayğı kimi dəyərləndirib. Onun sözlərinə görə, dünyada ən ucuz gediş haqqı guya haylardadır. Müxbir belə aldatmaların, yalanların sosial partlayışla nəticələnəcəyinin çox da uzaqda olmadığını da diqqətə çatdırıb.

Nəsib

Oxşar xəbərlər