22.11.2024, 04:08
AZ EN
15.02.2024, 19:18 196

Fransa Ermənistana quyu qazır - Deputat

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanı, eləcə də, sülhsevər ictimaiyyəti bir sual düşündürür: “Fransa Ermənistana münasibətdə nəyə əsaslanır, sülhə, ya müharibəyə?” Əlbəttə, Fransa ikinci variantı seçib. Çünki bu dövlət əsrlər boyu müstəmləkəçi olub, milyonlarla insanın qətlinin səbəbkarıdır və müharibələr törətmək, münaqişələri qızışdırmaq, öz çirkin məqsədləri üçün bütün yaramaz vasitələrə əl atmaq onun dövlət siyasətidir.

Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O qeyd edib ki, Fransa Ermənistan dövlətinin inkişafı və erməni xalqının gələcəyi barədə fikirləşmir, əksinə, öz fitnəkar əməlləri ilə bu dövləti uçuruma sürükləyir, sülhə maneələr yaratmaqla insanların faciəsinə yollar açır.

“Paşinyanı oyuncaq kimi əlində oynadan, onun vasitəsilə Cənubi Qafqazda mövqe qazanmağa, Azərbaycana təsir mexanizmlərinə yiyələnməyə çalışan Makron və tərəfdaşları, əslində, Ermənistanda qarşıdurmaların genişlənməsini istəyirlər.

Fransa Azərbaycan - Ermənistan münasibətlərinin yaxşılaşdırılmasında, eləcə də, Paşinyanın bu sahədəki təşəbbüslərində maraqlı deyildir. Makron hakimiyyəti sülhə qol qoyarsa, Paşinyanı devirməyə hazırdır və bu, son gedişlərdən aydın görünür.

Fransa baş nazirin neytrallaşdırmaq istədiyi qüvvələrə yaxınlıq edir, onları təlimatlandırır, yolunu çaşdığı məqamda Paşinyanı devirməyə qadir olan qruplaşmaları fəallaşdırır və onlar Fransanın məkrli mövqeyindən çıxış edirlər. Bu isə Azərbaycan üçün yox, Ermənistan üçün təhlükəlidir.

Çünki dövlətimiz güclü orduya malikdir, iqtisadiyyatımız davamlı və möhkəmdir, xalqımız birdir, yenilməzdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev uzaqgörən, mətanətli rəhbərdir. O, dünyada baş verən hadisələri düzgün qiymətləndirir və ordumuza, xalqımıza arxalanır. Dövlətimizin rəhbəri özünün andiçmə mərasimində bunu - dünya reallıqlarını bir daha dəyərləndirib və bildirib ki, xalqımız ona yönələn hər bir təxribatın, məkrli məqsədlərin qarşısını almağa qadirdir.

Belə olan halda Ermənistan rəhbərliyi xalqın gələcəyi barədə ciddi düşünməli və Fransa kimi avantürist dövlətin yağlı vədlərinə inanmamalıdır”, - deyə T.Rzayev əlvə edib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR