O, "Hraparak" da paylaşdığı məqaləsində yazıb ki, sözügedən qurum vaxtilə Ermənistanda təhsilin, mətbuatın inkişafına töhvələr verəcəyini bildirərək milyonlarla dollar vəsaitin öz hesabına köçürülməsinə nail olsa da indi onun fəaliyyətinə ehtiyac yoxdur. USAİD-in cəmiyyətdə heç vaxt nüfuz qazana bilmədiyini xatırladan deputat digər ölkələrdə də ondan narazı olduğunu deyib. Bəzi hay mətbuatının həmin qurumdan aldığı qrantı başqa istiqamətə yönəltdiyini müxtəlif faktlarla sübut edəcəyini diqqətə çatdıran deputat belə bir iddia da səsləndirib ki, sözügedən qurum həm də Hayastanın dövlət və milli maraqlarına qarşı cəsusluqla məşğul olub.
Nəsib