05.02.2025, 18:50
AZ EN
05.02.2025, 16:03 78

Paşinyanı yenə söyürlər

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Karen Martirosyan "Utanıram ki, belə rəhbərimiz var" başlıqlı yazısında vergilərin və nəqliyyatda ödənişlərin artırılması ilə bağlı hökumət binasının önündə davam edən etiraz aksiyasının hələ də davam etdiyini bildirib.

O, vətəndaşın sözlərinə istinadən yazıb ki, hər şey getdikcə bahalaşır, maaş, pensiya artımı isə yoxdur. Baş nazir xalqın, xalq isə onun üzünə tüpürür. 2018-ci ildəki inqilabda iştirak etdik ki, vəziyyət yaxşılaşsın, biz də normal adamlar kimi yaşayaq. İndi isə peşman olmuşuq. Elə bir lider də yoxdur ki, irəli çıxıb onu kreslodan atsın, bəlkə, biz də normal həyata qədəm qoyaq. Aksiya iştirakçılarının sırasında olan Qarabağdan köçən hay isə müxbirə deyib ki, gərək heç gəlməyə idi və çox istəyir ki, qayıdıb azərbaycanlılarla birlikdə yaşasın.

Nəsib

Oxşar xəbərlər