02.05.2025, 23:11
AZ EN
14.01.2025, 15:59 259

Müxalif jurnalistlər ədliyyə nazirini məsxərəyə qoyub

XƏBƏRLƏR
  • Ermənistan mətbuatına istinadən xəbər vermişdik ki, bu gün ədliyyə naziri Srpuhi Qalyan ötən ilin yekunları və bu il görüləcək işlər barədə mətbuat konfransı keçirib.

"Hraparak" xəbər yayıb ki, mətbuat konfransında müxalif jurnalist qadınları ədliyyə, daxili işlər, səhiyyə, elm təhsil, diasporla iş  naziri, baş prokuror, xarici kəşfiyyat xidmətinin rəisi və s. strateji vəzifələrə təyin etdiyi üçün baş naziri tənqid edib və həmin qadınları "Çarli Çaplinin mələkləri" adlandırıb.

Ədliyyə naziri isə bu eyhamla barışmayaraq həm özünün, həm də digər yüksək vəzifəli qadınların keyfiyyətli kadr olduqlarını bildirib. Onun konstitusiyada əlavə və dəyişikliklər olacağı barədə fikirləri müxaliflərin xoşuna gəlməyib. Ədliyyə nazirinə bildiriblər ki, sən də, baş nazir də Azərbaycan Prezidentinin istəklərini yerinə yetirməyə başlayıbsınız.

Nazir bu iradla da razılaşmadığını görə "danmayın, elədir ki var" replikası ilə üzləşib.

Srpuhinin baş nazirin həyat yoldaşı Anna ilə işgüzar dostluq münasibətləri də məsxərəyə çevrilib.

N.Qaramanlı

Oxşar xəbərlər