19.11.2025, 18:04
AZ EN
21.10.2025, 08:27 243

Paşinyan Vatikanın dövlət katibi ilə Ermənistan - Azərbaycan razılaşmasını müzakirə edib

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolinlə görüşüb.

Bu barədə Ermənistanın Baş naziri Aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tərəflər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasını müzakirə edərək, humanitar məsələlərin həllinin vacibliyini vurğulayıblar.

Görüşdə müxtəlif ikitərəfli məsələlər də müzakirə olunub. Tərəflər Ermənistan hökuməti ilə Vatikan arasında dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, onun bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə ediblər.(Report)

Oxşar xəbərlər