09.06.2025, 22:57
AZ EN
06.01.2025, 11:29 295

Uydurma "milli qəhrəman" həbs ediləcəkmi?

XƏBƏRLƏR
  • Ermənistan mətbuatında gündəmə çevrilən mövzulardan biri də 2020-ci il oktyabrın 20-də baş nazir Nikol Paşinyanın sərəncamı ilə Tiran Xaçatryana "milli qəhrəman" adının verilməsidir.

Bu ilki Yeni ildən sonra isə onun barəsində araşdırmaya başlanılıb. Qeyd olunub ki, 2020-ci il 6-17 oktyabr tarixində cəbhədə məğlubiyyət daha böyük itkilərə səbəb olub və Tiran vəziyyətin düzəldilməsi üçün heç bir tədbir görməyib. Amma ona "milli qəhrəman" adı verilib.

"Hraparak" əlavə edib ki, əgər araşdırma zamanı şübhələr təsdiqlənərsə Tiran Xaçatryan həm həbs olunacaq, həm də qanuna görə baş nazir tərəfindən onun titulu ləğv ediləcəkdir.

"Yaşamalı ölkə" partiyasının siyasi şurasının üzvü David Manukyan isə sözügedən məsələyə münasibət bildirərkən deyib ki, əgər Tiran Xaçatryan müqəssir hesab edilərsə, ona yüksək ad verən baş nazir də məhkəmə qarşısında dayanmalı və öz cinayətinə görə cavab verməlidir.

N.Qaramanlı

Oxşar xəbərlər