20.01.2025, 23:59
AZ EN
12.12.2024, 13:17 283

Ermənistan yenə bəhanə axtarışına çıxıb

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü paylaşımında "Bakının yeni tələbləri.." başlığı altında  yazıda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin  KİV-lərdə dərc olunmuş sözlərinə münasibət bildirilir.

Götərilir ki, Azərbaycan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının  mahiyyətcə hərbi kəşfiyyat xarakteri daşıdığını vurğulayan Hikmət  Hacıyev bunun ləğv edilməsini tələb edir. Azərbaycan rəsmisinin humanizmə çağırış fikirlərinə də sırf erməni xisləti ilə yanaşan haylar nazirlər kabinetinin bu günkü iclasında növbəti bəhanələr axtarışında olduqlarını sərgiləyirlər. Gələn ilin fevralında başa çatacaq "müşahidə missiyasının" uzadılması üçün Azərbaycan barədə yeni uydurmalara başlayan ermənilər həyasızcasına sözügedən müddətin uzadılması üçün Avropa İttifaqına yenə rəsmi müraciət ünvanlamağı qərara alıblar.

N.Qaramanlı

Oxşar xəbərlər