Nəqliyyat ödənişin 50 faiz artırılmasından sonra əmlak vergisinin də yüksəldilməsi barədə müzakirələrin yumruq davası ilə nəticələnməsindən sonra bir neçə nəfərin polis idarəsinə aparılaraq cərimələnməsini həzm edə bilməyən müxaliflərin bu günkü iclasda da analoji addım atacağına ehtiyatlanan bələdiyyə sədri Tiqran Avinyan jurnalistlə söhbətində onu da deyib ki, avtobuslara minən sərnişinlərin çoxu qiymət artımına etiraz olaraq ödənişi ya əvvəlki kimi ödəyir, ya da heç ödəmirlər və bu hal geniş yayılmaqdadır. Gediş haqqının yeni tariflə ödənilməsini tələb edən sürücülər isə bir qayda olaraq söyülür, bəzən də döyülürlər.
Sonda vurğulanıb ki, belə davam edərsə, nəqliyyatın işi iflic olacaqdır.
N.Qaramanlı