22.12.2024, 20:03
AZ EN
31.07.2024, 11:06 305

Ermənistan daim ikibaşlı oynayır

XƏBƏRLƏR
  • Hər dövlətin reallığı nəzərə alaraq öz maraqlarına uyğun siyasət aparması təbii və başadüşüləndir. Amma Ermənistan bu incəlikdən də məhrumdur. Belə ki, o, daim əlaltısı olduğu qüvvələrin maraqlarının həyata keçməsi üçün masaya dönür. Bu İranın prezidentinin andiçmə tədbirində də özünü tam təsdiqlədi.

"Hraparak"ın bu günkü yayımında xəbər verilir ki, həmin tədbirdə iştirak edən baş nazir Nikol Paşinyan həm İranın yeni prezidenti, həm də ali dini rəhbəri ilə görüşüb. İran rəsmiləri ilə söhbət zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi üçün bölgəyə digər qüvvələrin buraxılmamasına diqqət çəkib və bunun həm İran, həm də hamı üçün faydalı olacağını dilə gətirib. İran prezidentinin dəfələrlə Ermənistanda rəsmi səfərdə olduğunu və ermənilərə hörmət bəslədiyini bildirməsi hay mətbuatının xoşuna gəlsə də belə bir fikir də xatırladılır ki, o, türk kökənli olduğuna görə həmişə ehtiyatlı hərəkət etmək lazım gələcəkdir. Qərblə yaxınlaşmanın İranın və Rusiyanın marağına uyğun olmadığına diqqət çəkən agentlik belə bir fikir də bildirib ki, İranın yeni prezidenti islahatçılar və Qərblə də xoş münasibətdə olarsa, bu Ermənistan üçün yeni şans yaradacaqdır. Hələliksə gözləmə mövqeyi tutulmasının zəruriliyini xatırladan agentliyin şərhindən tam aydın görünür ki, Ermənistan ikibaşlı oyundan əl çəkməyəcək və Azərbaycanla İranın münasibətlərinin soyuq olması üçün əlindən gələni edəcəkdir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər