21.11.2024, 19:40
AZ EN
23.11.2023, 12:49 301

İrəvanda növbəti etiraz aksiyası keçirilir

XƏBƏRLƏR
  • İrəvanda avtomobil idxalçıları Vergi Məcəlləsinə edilən düzəlişlərdən narazı olduqları üçün hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qəbul edilmiş düzəlişlər hüquqi şəxslərə ölkəyə gətirdikləri avtomobilləri maya dəyərindən 20 faiz baha qiymətə satmağa məcbur edir.

İdxalçılar hesab edir ki, bu qiymətlərin artmasına və satışların sayının azalmasına səbəb olacaq.

Buna görə səlahiyyətlilərdən qanunun tətbiqini bir neçə ay təxirə salmağı tələb edirlər, çünki Amerika hərraclarından satın alınan avtomobillər yoldadır və qiymət artıq alıcı ilə razılaşdırılıb. (Report)

Oxşar xəbərlər