Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi müzakirə edilib. Nazir Mirzoyan bu prosesdəki son inkişafları, o cümlədən Ermənistan – Azərbaycan sülh müqaviləsi layihəsinin tamamlanması istiqamətində aparılan işləri təqdim edib və müqavilənin imzalanmasının vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycanın Ermənistanla şərti sərhədində müasir istehkam qurğularının qurulmasını təklif etmişdi. (Report)