"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Ağsaqqallar Şurasının üzvləri noyabrın 19-da keçirilən iclasda bəzi mühüm məsələləri müzakirə edərkən vəziyyət gərginləşib. Belə ki, İrəvan Ağsaqqallar Şurasında Respublika Partiyası fraksiyasının lideri Ani Xaçatryanın çıxışından sonra müxalifət və iqtidar fraksiyalarının bir çox nümayəndələri ayağa qalxaraq inin dediklərinə etiraz edib, qışqırmağa başlayıblar. Bu zaman qarşılıqlı şəkildə təhqirlər eşidilib. Orada olanlardan biri hətta kiməsə qələm atıb. Vəziyyət gərginləşəndə polis zala daxil olub.
İrəvan meri Tiqran Avinyan tərəfləri sakitləşdirməyə və susdurmağa çalışsa da, heç kim ona əhəmiyyət verməyib. “İrəvan şəhəri bizə baxır, bir-birinizə hörmətlə yanaşın”, deyə, mer sakitliyə çağırıb.
Ağsaqqallar Şurasının üzvlərindən biri vəziyyətin gərginləşdiyinə, qarşılıqlı söyüşlərə işarə edərək “qələmin necə uçduğunu hiss etdinizmi?” - soruşub. Avinyan bunu görmədiyini deyib və əlavə edib: “Əl atmayın və bir-birinizi təhqir etməyin!”.
Erməni mətbuatı yazır ki, Baş nazir Nikol Paşinyanın iki gün əvvəlki sərəncamı əsasında bir neçə yüksək vəzifəli məmurun istefaya göndərilməsi hakim partiyada birmənalı qarşılanmayıb. Müxalifət isə hökuməti yatıtmaz siyasətdə günahlanlandrıraraq tam şəkildə istefaya çağırır.
Elxan SALAHOV