Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri məhkəməyə gətiriləcək
XƏBƏRLƏR
Ermənistanın İrəvan Şəhər Məhkəməsi Konstitusiya Məhkəməsinin keçmiş sədri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Hrayr Tovmasyanın məhkəməyə məcburi gətirilməsinə qərar verib.
O, ədliyyə naziri işlədiyi 2010-2013-cü illərdə bir sıra cinayət əməlləri törətməkdə ittiham olunur.
Qeyd edək ki, ölkənin Baş Prokurorluğu onun təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. (APA)