Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçən bu iclasda biri qapalı olmaqla 40-dan çox məsələ barədə danışılıb. Elm, təhsil mədəniyyət və idman, tarixi abidələrin qorunması, ətraf mühitin mühafizəsi sahəsində problemlər olduğu qeyd edilib. İqtisadi məsələlərdən danışılarkən vurğulanıb ki, kənd təsərrüfatı, xüsusilə qoyunçuluqda problemlər azalmır. Baş nazir deyib ki, qoyunçuluqdakı geriləmənin səbəbi məhz bacarıqlı çobanların olmamasıdır. O, deyib ki, indi heç kəs bu peşə ilə məşğul olmaq istəmir. Ona görə də axtarış aparmağa ehtiyac yaranıb.
Əlavə edək ki, iclas gedən zaman Hökumət binasının önünə yığışan kəndlilər onlara ayrılmış pay torpaqlarının müxtəlif bəhanələrlə əllərindən alınmasına qarşı etiraz aksiyası keçiriblər. Lakin onlara heç bir rəsmi açıqlama verilməyib və polislərin tələbi ilə ərazi boşaldılıb.
Aksiyanın sabah da təkrarlanacağını bildirən "Hraparak"ın müxbiri sonda qeyd edib ki, hakimiyyət rəsmiləri çoban axtarırlar, halbuki özləri də çobandırlar.
N.Qaramanlı