O, işlədiyi agentliyin bu günkü yayımında özünün etibarlı mənbəyinə istinadən yazıb ki, İrəvan şəhər bələdiyyəsinin sədri Tiqran Avinyan məzuniyyətdə olduğuna görə birinci müavini Armen Pambuxçyan 15 mahnının yeniləşmiş səs yazısı və 1 yeni mahnının yazılması üçün 69 milyon 989 min 474 dram vəsait ayrılması barədə əmr imzalayıb. Bu vəsaitin görüləcək iş üçün həddindən çox olduğunu bildirən müəllif əlavə edib ki, vəsait köçürülən studiya Anna Hakopyanın rəfiqəsinə məxsusdur və heç bir mənəvi, tərbiyəvi əhəmiyyət daşımayan, yalnız bayağı sözlərdən ibarət olan mahnılara geniş meydan verən sözügedən səsyazma studiyası vasitəsilə korrupsiya əməlləri həyata keçirilir.
Müəllif bu məsələ ilə bağlı müvafiq orqanlara müraciət edildiyini, amma heç bir tədbir görülmədiyini də vurğulayıb.
N.Qaramanlı