23.07.2025, 21:50
AZ EN
07.07.2023, 09:53 353

Separatçı rejim Qarabağda toy və yas mərasimlərini məhdudlaşdırır

XƏBƏRLƏR
  • Qarabağda separatçı rejim erməni əhalisinin toy və yas mərasimlərini məhdudlaşdırır.

“Vətən səsi” xəbər verir ki, bu barədə separatçıların başçısı Araik Arutyunyan “qərar” imzalayıb. “Qərara” görə, iyulun 5-dən etibarən 50 nəfərdən artıq şənlik, toy və digər mərasimlərin keçirilməsi qadağan olunur. Eyni zamanda, 30-dan çox insanın iştirak etdiyi yas mərasimlərinə icazə verilmir. Yemək məhsullarının servis və çatdırılma formasında hazırlanması da qadağan edilib.

Bundan başqa, separatçılar şəkər və yağ məhsullarının əldə edilməsini, nəqliyyatın hərəkətini də məhdudlaşdırıb.

Bu addımlar ərzaq problemi ilə əlaqələndirilir. Hərçənd Rusiyanın sülməramlı kontingentinin nəzarəti altında olan bu bölgədə separatçıların kifayət qədər ərzaq ehtiyatının olduğu haqda məlumatlar var. Ancaq görünür, separatçı liderlər bu cür "məhdudiyyətlər" tətbiq etməklə bölgədə “humanitar fəlakət” görüntüsü yaratmaq və erməni əhalisini özlərindən asılı vəziyyətə salmaq niyyətindədir.

Mütəxəssislərin fikrincə, belə vəziyyət erməni əhalisinin narazılığını da gücləndirir və onları Bakıya üz tutmağa məcbur edə bilər. Azərbaycan erməni əhalisinin təminatını öz üzərinə götürmək təklifi ilə çıxış edib.

Oxşar xəbərlər