- Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan-Avropa İttifaqı məşvərət komitəsinin bu gün keçirilən 4-cü iclasındakı çıxışında göstərdiyi maddi dəstəyə görə Avropa İttifaqına dərin təşəkkürünü bildirib və vurğulayıb ki, məhz bu dəstəkdən irəli gələn qarşılıqlı inama görə də fevralın 12-də hay parlamentində Avropa İttifaqına üzvlüyünə dair layihə birinci oxunuşda qəbul edilib.
O, sözügedən qurumun Ermənistandakı "müşahidə missiyası" barədə də haysayağı yaltaqlıq nümayiş etdirərək bunun vaxtının daha iki il uzadıldığını deyərək eskalasiya riskinin azaldığı kimi sərsəm fikir ifadə edib, bütün bunlara görə hayların Avropaya xüsusi rəğbət bəslədiyini vurğulayıb.
Nəsib Qaramanlı