"Hraparak"ın bu günkü sayında isə bildirilib ki, Hermine Sarkisyan adlı həmin qadın Serj Sarkisyanın yaxın qohumudur və uşağı döydüyünə görə üzr istəsə də onun barəsində Ermənistan cinayət məcəlləsinin 196-cı maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə cinayət işi açılıb.
Xocalı qatillərindən olan Serj Sarkisyan olayla bağlı sualı cavablandırarkən deyib ki, dəcəl uşağı döymək olar. Bizi də şuluqluq edəndə döyüblər. Jurnalistin "bəs, indi zaman başqadır, 21-ci əsrdir"- sözlərinə o, "haylar üçün zaman anlayışı olmamalıdır", - deyə cavab verib.
Bu isə sırf xəstəlik göstəricisidir.
N.Qaramanlı