15.01.2026, 08:43
AZ EN
19.12.2025, 14:22 209

Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir

XƏBƏRLƏR
  • Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir.

Bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda Ermənistan-Gürcüstan sərhədində yerləşən Ayrum dəmir yolu stansiyasından Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu üzrə daşınan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir.

G. Papoyan qeyd edib ki, bu hadisə təkcə sülh razılaşmasından sonra Ermənistan və Azərbaycan arasında reallaşan ilk ticarət-iqtisadi əməliyyat deyil, həm də Ermənistanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında həyata keçirilən ilk belə razılaşma ola bilər. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR