Görüş ŞƏT sammiti çərçivəsində təkbətək formatda keçirilib.
"Sizi görməyə, bugünkü və sabahkı tədbirlər çərçivəsində danışmaq imkanına malik olduğum üçün çox şadam. Uzun müddətdir, bir-birimizi görmürdük, ikitərəfli, regional, beynəlxalq miqyasda çoxlu məsələlər yığılıb. Ümid edirəm ki, sizinlə bugünkü görüşümüz faydalı və mənalı olacaq", - Putin görüşün əvvəlində deyib.
Paşinyan iki ölkə arasında mövcud olan tərəfdaşlıq və dialoqdan məmnunluğunu bildirib.
"Bizim hər zaman çox dolğun gündəliyimiz var. Əminəm ki, bugünkü gündəm də çox dolğundur, bu, göz qabağındadır. Bizim aramızda yaranan tərəfdaşlıq və dialoqdan çox məmnunam. Şəxsi dialoqumuz və əlbəttə qardaş ölkələrimiz arasında çox fəal dialoqdur", - Ermənistanın baş naziri deyib. (Report)