20.10.2024, 05:30
AZ EN
09.08.2024, 11:32 264

Qarabağdan köçənləri aldadırlar

XƏBƏRLƏR
  • Xankındidən könüllü köçərək İrəvanda məskunlaşan Nare Simonyan özünün FB hesabında etdiyi paylaşımla gündəmə çevrilib.

O, Qarabağdan könüllü köçən soydaşlarına xitabən yazıb ki, son vaxtlar yerli dələduzlar onlara zəng edərək özlərini xeyriyyə fondlarının, daha çox isə Qrant Holdinq xeyriyyə cəmiyyətinin nümayəndəsi kimi təqdim edərək yardım pulunun köçürülməsi üçün kartların nömrəsini yazmağı xahiş edirlər. Bundan sonra isə həmin hesabda olan pulu özləri götürürlər. Yüzə qədər belə dələduzluq faktı olduğunu bildirən Nare Simonyan əlavə edib ki, olay barədə hüquq mühafizə orqanlarına müraciət olunsa da dələduzlar hələ də yaxalanmayıblar.

Bu xəbəri paylaşan "Hraparak"ın verdiyi şərhdən isə görünür ki, üzdə özlərini xeyirxah göstərməyə çalışan hayların genlərindəki böhtan, yalan, qorxaqlıq, dələduzluq yeni ampulada davam edir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər