Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqların yeni mərhələsi başlaya bilər. Hazırda Azərbaycanın təklifləri ilə bağlı cavab mətni üzərində iş getdiyini bildirən erməni rəsmisi bunun nə vaxt və necə göndəriləcəyini bilmədiyini də söyləyib. Jurnalistin həmin cavabda Qarabağla bağlı hansı təkliflərin olacağı barədə sualına isə cavabında deyib ki, Ermənistan əvvəlki mövqeyindədir və beynalxalq təşkilatlarla və dost ölkələrlə birgə elə mexanizm hazırlamaq istəyir ki, Qarabağdakı hayların hüquq və təhlükəsizliyi həmişəlik təmin olunsun. Beynalxalq təşkilatlar məfhumu aydındır. Dost ölkələr isə təbii, bacıları İran və Fransadır. El məsəlinə istinadən isə demək lazım gəlir ki, özlərinə umac ova bilməyən bu qarımış bacılar fərsiz hay bacılarının əriştəsini necə kəsəcəklər? Molla fətvası, yoxsa frəng uydurması ilə?
Nəsib