Anti-Azərbaycan çıxışları ilə gündəmdə olan politoloq Suren Surenyan bu günkü paylaşımında spiker Alen Simonyanın da baş nazir Nikol Paşinyan kimi Velosiped azarkeşi olduğunu bildirib. Yazıb ki, velosiped uşaqlıq arzuları və xatirələri içində daim özünə yer alıb. Amma indi hakimiyyətdəkilər velosiped sürməklə sanki yarışa giriblər. Onlar siyasətdə heç nəyə qadir olmadıqlarının əvəzini uşaqlıq illərindəki arzuları ilə ört-basdır etmək istəyirlər deyən politoloq xatırladıb ki, general Manvel vaxtilə velosiped sürəndə indiki hakimiyyət müxalifətdə idi və generalı qınayırdılar.
Nəsib