"Hraparak"ın bu günkü sayında göstərilib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Elçin Əmirbəyovun Azərbaycanla Ermənistan arasında gedən danışıqlar və perspektivlər barədə "Azadlıq" radiosunun müxbirinə verdiyi müsahibə ermənilərin ürəyincə deyil.
Ermənistan konstitusiyasının dəyişməsinin, bununlada Azərbaycana qarşı ərazi iddiasının ləğv edilməsi, Naxçıvanla quru yolunun – Zəngəzur dəhlizinin açılması ilə bağlı açıqlanan humanist fikirlərə sırf erməni düşüncəsizliyi ilə münasibət göstərən agentlik sülh müqaviləsinin konstitusiyada dəyişikliklər edilmədən bağlanması kimi məntiqsiz fikir söyləməklə heç də yenilik etməyib. Çünki həm sözügedən mətbu orqan, həm də onun təbliğ etdiyi ictimai-siyasi fəallar məhz revanşçılardır və reallığı qəbul etmək durumundan çoxdan mərhum olublar. Belə olduğu halda isə onları yalnız dəmir yumruqla başa salmağa ehtiyac yaranır.
Nəsib Qaramanlı