23.11.2024, 13:52
AZ EN
09.08.2024, 12:40 266

Deputat yaltaqlığa başlayıb

XƏBƏRLƏR
  • Son günlər mediada tez-tez rast gəlinən politoloq Suren Surenyanç "Hraparak"ın bu günkü paylaşımında hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü İşxan Zakaryanın idmançı Artur Aleksanyana "milli qəhrəman" adı verilməsini xahiş etməsi barədə Nikol Paşinyana müraciətinə münasibət bildirib.

Yazıb ki, Artur Aleksanyan 7 dəfə Avropa çempionu, olimpiadaların qızıl medallı qalibdir və  idmanda əfsanələr müəllifi kimi tanınır. Ona qarşı heç bir iradının olmadığını xüsusi vurğulayan politoloq İ.Zakaryanın özünün heç bir müsbət keyfiyyətə malik olmadığını diqqətə çatdırıb. Yazıb ki, o, hazırda Bakıda həbsdə olan Bako Sahakyanla Arkadi Qukasyanın ən yaxın adamı olub və məhz onların sayəsində işə götürülüb, deputat olub. Amma bir dəfə də olsun onların adını çəkməyib, sərbəst buraxılmaları üçün nəsə deməyib. İdmançıya "milli qəhrəman" adı verilməsi üçün baş nazirə ünvanladığı məktubun isə yaltaqlıq nümunəsi olduğunu xüsusi xatırlayan S.Surenyanç əlavə edib ki, bu ad idmançı, aktyor və s. peşə sahiblərinə deyil, yalnız hərbi və siyasi sahədə qazanılan uğura görə verilməlidir. Əks halda həmin ad öz mənasını itirərək gülüş obyektinə çevriləcək.

N.Qaramanlı

Oxşar xəbərlər